Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Saqqız çeynəməyin faydaları   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Depressiyanın dərmanı - dondurma   |   Təzyiq altında yaşamayın   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Uşaqları öpməyin!   |   Stress qadınların beynini zəiflədir   |   Autizm dünyanın sonu deyil   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Xoşbəxtlik qadınları zəif edir   |   Balığın sağlamlığınıza faydaları   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Sonsuzluq – miflər və faktlar   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Kola spermanın tərkibini korlayır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ev işləri erkən doğum risqini artırır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Suyu az içmək beyni qocaldır   |   Çili bibərləri ağrıkəsicidir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Güclü cinsin zəif tərəfləri   |   2 yaşında 41 kilo oldu   |   Arıqladan çimərlik paltarı   |   Ana öpüşü güclü immunitet yaradır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Boşanma kişilərə də təsir edir   |   Piylənmə və artıq çəki problemi   |   Enli budlar sağlam ürəyə işarədir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   
DNT analizi bütün xəstəlikləri üzə çıxarır

Bütün dünyadakı həkimlər insanın DNT-sinin sirlərini anlamağa çalışırlar. Bu çox mürəkkəb bioloji kodda sağlamlıqla bağlı bütün informasiyalar toplanıb. Hətta DNT-də insanın gələcəkdə necə yaşaya biləcəyi və övladlarına nəyi miras buraxacağı ilə bağlı sirlər də yatmaqdadır. DNT-nin qohumluq əlaqələrini müəyyənləşdirdiyi də məlumdur. Məhz bu unikal vasitə uşaqların atalarının müəyyənləşdirilməsində mühüm rol oynayır. İndi isə amerikalı alimlər DNT ilə bağlı yeni xidmət təklif edirlər. Doktor Stiven Kveyk onlara müraciət edən xəstələrdə genetik sistemin pozğunluğu və digər xəstəliklərin 99,9 faiz dəqiqliyi ilə müəyyənləşdirilməsinə çalışdıqlarını iddia edir. Kaliforniyanın Stenford şəhərindəki tibb müəssisəsində işləyən bioenerji professoru göstərdiyi xidmətlərə görə nə az, nə çox - düz 50 min dollar istəyir. Bu pulun müqabilində isə müsbət nəticəyə 100 faiz zəmanət verilir. Mütəxəssis vurğulayıb ki, DNT analizi sağlamlıqla bağlı bütün həqiqətləri ortaya qoyur. Professorun sözlərinə görə, bu analizlə bağlı üzə çıxan məqamlar o qədər də ürəkaçan olmaya bilər. Çünki hansısa xəstəlik obyektiv səbəblərə görə özünü büruzə vermir. Müəyyən vaxta qədər onlar insan orqanizmində gizli olaraq qalmağı bacarır: "Bu səbəbdən DNT diaqnostikası sağalmaz xəstəliklərin sonradan özünü büruzə verməsinin qarşısını almaq üçün çox xeyirlidir. Bu xəstəliklər sırasına isə altsgeymer, şəkərli diabet, kökəlmə, xərçəng, genetik mutasiyanın çətin forması, ürəktutmaları və sair daxildir". Lakin bu metod elmi aləmdə fikir ayrılığı da yaradıb. Bir sıra mütəxəssis bildirir ki, DNT-nin dəqiq diaqnostikası üçün texnologiya hələ bir qədər də təkmilləşdirilməlidir.

Baxış sayı
Ay ərzində: 29
Bütünlüklə: 3743