Sevgi qurban tələb edir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Arıqladan çimərlik paltarı   |   Pul saymaq ağrını azaldır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Kişilər ağıllı qadınları sevmirlər   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   İdman depressiyanın dərmanıdır   |   Linza seçərkən diqqətli olun   |   Nikah gecəsinin sirləri   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Almanı qabıqlı yeyin   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Xərçəng yox olmaq üzrədir…   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Güclü cinsin zəif tərəfləri   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Tənhalıq xərçəngə səbəb olur   |   Partenofiliya - bakirə qızlara meyl   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Su filtrindən süzülən xəstəlik   |   Başı başqa bədənə köçürüləcək   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Depressiya görməni zəiflədir   |   Kola spermanın tərkibini korlayır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Soğan yemək beyini gücləndirir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qadınlar, qəhvə için!   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Əlləriniz xarakterinizi göstərir   |   Peşənə bax, ölümünü bil!   |   
Azərbaycanda yeni şirkət, yeni məhsul

Oktyabrin 4-də Bakıda “EAS-Consulting”in distributoru olduğu “Defiteq TELEFUNKEN” şirkətinin Azərbaycan filialının açılış mərasimi keçirilib.

Mərasimdə “EAS-Consulting”in və “Defiteq TELEFUNKEN”in Türkiyə filialının direktoru Selman Ülgenalp, “Defiteq Azərbaycan”ın rəhbəri Qüdrət Əsədov və ölkənin tanınmış ictimai-siyasi xadimləri, KİV nümayəndələri, həmçinin iqtisadçılar, həkimlər və digər peşə sahibləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Selman Ülgenalp artıq Azərbaycanda da fəaliyyət göstərəcək olan şirkət və məhsulu haqqında qonaqlara məlumat verib: “2014-cü ildən etibarən “EAS-Consulting” millətlərarası firmaların, dünyada tanınan “Defiteq TELEFUNKEN” markasının yeganə distributorudur. “Defiteq TELEFUNKEN” dünyanın təxminən 60 ölkəsində distributorluq ilə güclü və sabit bir quruluşa malikdir. Hər keçən gün "ÖNCƏ HƏYAT" missiyası ilə fəaliyyətini inkişaf etdirən “Defiteq TELEFUNKEN”, “EAS-Consultingin” ekspertləri və təcrübəli heyəti ilə millətlərarası standartlara, müştəri tələblərinə, keyfiyyət siyasətinə uyğun şəkildə öz məhsul və xidmətlərini təklif edir.

Telefunken DEFİBRİLYATOR – OED yüksək səviyyədə inkişaf etmiş texnologiyaya sahibdir və rahat şəkildə istifadə oluna bilər. Türkiyədə aparılan araşdırmaların nəticələri göstərir ki, hər gün təxminən 300 insan ani ürək dayanması səbəbiylə dünyasını dəyişir. Avropada isə gündə 1500 insan ani ürək dayanması ucbatından həyatını itirir.  Yəni hər il təxminən,  yarım milyon insan bu səbəbdən ölür. Ani ürək dayanması qurbanlarının yalnız 10-20 faizi sağ qalır.

2020-ci ildə ürək xəstəlikləri nəticəsində baş verən ölümlərin sayı bütün ölüm hallarının təxminən 40 faizini təşkil edəcək. Ancaq bir OED-iniz varsa, ətrafınızda ani ürək dayanması baş verən zaman ölüm riskini azaltmaq mümkündür. Bir OED ani ürək dayanmasından sonra sağ qalmaq şansını 70 faizə qədər artırır.

Sizə niyə OED-i seçməli olduğunuzu söyləyəcəm.

Kənar dəstəklə avtomatik şəkildə işləyən defibrilyator, avtomatik olaraq ürək ritminin təhlilini aparır və bunun nəticəsində son dərəcə mürəkkəb alqoritm hesablamaları əsasında şokun zəruri olub-olmadığını müəyyənləşdirir. OED-lə həyata qaytarma prosesində, ilk yardım göstərilən şəxsə düzgün müdaxilə etmək üçün şifahi və əyani xəbərdarlıq mövcuddur. OED süni tənəffüs və ürək masajı üçün də səsli və görüntülü təlimatlar verir. Telefunken OED, xəstənin lazımi ürək ritminin bərpasına kömək etmək üçün ürək masajı zamanı siqnal verir.

Telefunken OED-in yarım avtomatik və tam avtomatik variantları mövcuddur. Yarım avtomatik OED-də xəstəyə elektroşok verməkdən ötrü əvvəlcə “şok” düyməsini basmaq lazımdır, avtomatik OED-də isə elektroşokun verilməsi üçün heç bir manuel müdaxiləyə ehtiyac qalmır, stimullardan sonra elektroşok avtomatik olaraq verilir”.
Şirkət rəhbəri daha sonra mərasim iştirakçılarını sözügedən “Telefunken DEFİBRİLYATOR” aparatı ilə əyani olaraq tanış edib və istifadə qaydasını göstərib. Azərbaycan üçün yeni olan bu aparat iştirakçıların marağına səbəb olub.

Şirkətin Bakı filialının rəhbəri Qüdrət Əsədov qonaqları maraqlandıran sualları cavablandırıb və aparatın zəruriliyi barədə danışıb.
 

Baxış sayı
Ay ərzində: 27
Bütünlüklə: 2233