Gəzinti ən yaxşı idmandır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qadınlar yatanda arıqlayır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   İdman depressiyanın dərmanıdır   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Saqqız çeynəməyin faydaları   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Savadlı ol ürəyin ağrımasın   |   Diliniz dərdinizdən danışır...   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Suyu az içmək beyni qocaldır   |   İnsulini sprey əvəz edəcək   |   Körpələr yatanda da öyrənir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Autizm dünyanın sonu deyil   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   2 yaşında 41 kilo oldu   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Qadınların sevimli yaş dövrü   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Arıqladan çimərlik paltarı   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   
Bakıda IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək

Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək.

Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq davamlı tibb təhsil üzrə 34 davamlı tibb təhsili balı ilə qiymətləndirilib.

M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümovun AZƏRTAC-a verdiyi məlumata görə, konqresdə Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professorlar ekspert və referent qismində iştirak edəcəkdir.

Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş 800 nəfərə yaxın konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, aktual problemlər ətrafında diskussiyalar aparılacaq və azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutacaqdır.

Onu da qeyd edək ki, konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr ediləcək.

Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçiriləcək. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli təlim təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.

Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək.

Konqres və təlimlərin rəsmi açılış mərasimi aprelin 26-da “Monolit Plaza” otelində keçiriləcək.

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 1835