
Dünyada siqratein ictimai yerlərdə çəkilməsinə qoyulan qadağaların genişlənməsi tütün firmalarının gəlirlərini azaltdığından onlar yeni üsullara əl atmaqdadırlar. Yaponiyanın ən böyük siqaret istehsalçısı olan "Japan Tobacco International" dünyada ilk dəfə tüstüsüz siqaret kəşf etdiklərini açıqlayıb. "Zerostyle Mint" adının verildiyi bu siqareti qanunla qadağan olunan yerlərdə çəkərkən ondan istifadə etməyən insanların rahatlığını daha pozmayacağı bildirilir. "JTİ"nin icraçı direktoru Hiroşi Kumura vurğulayıb ki, bu tüstüsüz siqaret digərlərindən heç nə ilə fərqlənmir. Sadəcə, ətrafa tüstü buraxmadığı üçün kimsəni narahat etməmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, bu kəşfdən sonra siqaret barədə qəbul edilmiş qanunlara yenidən baxılmalıdır.
