
Sən demə, dünyanın ən acı bibərləri sayılan Çili bibərləri çox xeyirli imiş. Bu acı bibərin öyrənilməsi ilə məşğul olan amerikalı alimlərin qənaətincə, onun köməkliyi ilə hətta ən kəskin ağrıları neytrallaşdırmaq qabiliyyətində olan zərərsiz dərman preparatları hazırlamaq mümkündür. Texas universitetinin alimləri hesab edirlər ki, insanların ağrı olan yerlərində rast gəlinən kapsaisin məhz bu bibərlərin tərkibində daha çoxdur. Belə ki, insanın bir yeri ağrıyanda orqanizm bu maddənin üstünlük təşkil etdiyi OLAM turşusu ifraz etməyə başlayır. Bu birləşmələr isə hüceyrələrə həmin hissənin ağrıması barədə siqnallar ötürməyə imkan yaradır. Lakin həmin hissələri təcrid etməklə xroniki ağrıları aradan qaldırmaq mümkündür. Laboratoriyada siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, bu tip genlərin təcrid olunması onları kapsaisinə qarşı hissiz edir.
