Müsahibə
31.12.2021

Müsahibimiz “Diaqnoz” Tibb Mərkəzinin qastroenterologiya-endoskopiya şöbəsinin müdiri, qastroenteroloq-endoskopist Rəfael Həsənovdur.
01.04.2021

Bütün dünyanı bürüyən Covid-19 pandemiyası dövründə təxirə salınan planlı cərrahi əməliyyatlara qoyulan qadağalar aradan götürülə bilər.
06.01.2015

Dünya yaranandan canlı aləm daim axtarışda olduğuna görə müştərək şəkildə təbiətdən yararlanıb. Tarixi bilgilərə görə, bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarıblar. Kənd təsərrüfatı ilə məşğul olmağa başlayan insanların bitkilər haqqında bilikləri daha da artaraq daha təkmil forma almağa başlayıb. İnsanların kənd təsərrüfatı bitkilərindən istifadə etməsi eramızdan əvvəl 6000 — 2000-ci illərə təsadüf edir. Bitkilərin təsviri və hesaba alınması, yəni bitki sistematikası ilə eramızdan əvvəl (2 — 3 min il) qədim Çin, Hindistan və Misir alimləri məşğul olublar. Qədim yunan alimləri bitki aləminin ilk təsnifatını verməklə, bitki sistematikası elminin başlanğıcını qoyublar. Bununla da dərman bitkiləri ilə müalicə vasitəsilə bir çox xəstəliklərə mübarizə aparmaq mümkün olub. Fitoterapevt, doktor Elnur Rəhimov bitki möcüzələri ilə şəfa tapmaqdan danışacaq.
01.07.2013

Könül Feyziyeva: "Həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə ehtiyac qalmayıb"
Təxminən 36% körpələrin ilk ayında çəpgözlük müşahidə oluna bilər, bunun da səbəbi gözün koordinasiya sisteminin tam inkişaf etməməsidir. Bu cür çəpgözlük müvəqqəti olub, 6 ayına qədər öz-özünə keçib gedir. Adətən çəpgözlük gözün müştərək işinin formalaşdığı dövrdə yəni 2-3 yaşlarında inkişaf edə bilər.
01.07.2013

Dilarə Həsənova: “Proktoloji xəstəliklər cüzi rahatsızlıqdan tutmuş, həyati təhlükə yaradan hallara da səbəb ola bilər”
Bəzən pasientlərin çoxu bu sahə haqqında məlumatın az olması və ya utanma kimi səbəblərdən həkimə gec müraciət edirlər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.Mənə müraciət edən xəstələr də təsdiq edirlər ki, daha öncələr məhz utandıqları üçün həkimə müraciət etməyiblər. Xüsusən qadın pasientlərim qadın cərrah-proktoloqların Azərbaycanda olması barədə az məlumatlı olduqlarını qeyd edirlər.
01.07.2013

Süleyman Qaradağlı: "Elə bir dərd yoxdur ki, onun təbiətdə müalicəsi olmasın"
Həkimi heç kəs inkar etmir və bu sənət müqəddəsdir. Amma indi müalicə almaq çox çətindir. Əvvəla, savadlı həkimlərimizin sayı çox azdır, bunu danmaq olmaz. Digər tərəfdən müayinə və müalicə çox bahadır. Dərmanların qiyməti günbəgün qalxır. Ən acınacaqlısı isə saxta dərmanların geniş yayılmasıdır.
01.07.2013

Elxan Yaqubov: "Əgər xəstə ilə həkim bir olarsa xəstəliyə asanlıqla qalib gəlmək olar"
Klinikada hormonal asılılıq, psoriaz, artroz, bronxial astma, miqren, qırmızı qurdeşənəyi, trofik yara, qeyri-spesifik xoralı kolit, uşaqlıq mioması və digər xroniki xəstəliklər uğurla müalicə olunur.Dini bayram günlərində klinikada müayinələr pulsuz həyata keçirilir. Aztəminatlı ailələr üçün xüsusi güzəştlərimiz nəzərdə tutulur.
01.07.2013
Rəşad Mahmudov: "İndi birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparmağa qadirik"
Bu gün dünyanın bütün ölkələrində ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Əvvəllər Azərbaycanda diaqnostik mərkəzlər müasir tibbin imkanlarına uyğun olmadığından xəstələrə zamanında diaqnoz qoyulmurdu və diaqnoz qoyulsa belə, onun sağalma imkanları aşağı idi.
01.07.2013

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanovla eksklüziv müsahibə
Dekabrın 1-də dünyanın hər yerində QİÇS-lə mübarizə günü kimi qeyd olunur. Bəşəriyyətin bəlasına çevrilmiş bu xəstəliyin sürətlə yayılmasının qarşısını heç cür almaq mümkün olmur. Dünya alimləri illər boyu tədqiqatlar aparsalar da, hələlik onun dərmanını tapa bilməyiblər.
01.07.2013

Tuncər Suzər: "Hər bir xəstə hüquqlarını bilməlidir"
Hər addımbaşı xəstələrin hüququnun pozulması və digər səbəblər çoxlarını canının sağlığını xaricdə axtarmağa məcbur edir. Bakıda səfərdə olan Anadolu Sağlamlıq Mərkəzinin beyin və sinir cərrahı Tuncər Süzərdən insanların sağlamlıq hüququ və digər məsələlər barədə məlumat aldıq.
01.07.2013

Türkər Şahinər: «Bu məsələ həm də Azərbaycan səhiyyəsində xidmətlərin səviyyəsini yüksəldə bilər»
Bu yaxınlarda Bakıda səfərdə olan Anadolu Sağlamlıq Mərkəzinin sinir sistemi xəstəlikləri üzrə professoru, həkim Türkər Şahinər ilə söhbətimiz təmsil etdiyi xəstəxanada xəstələrin hüquqlarının hansı formada qorunması və digər məsələlər barədə oldu.
01.07.2013

Yusuf Erkul: "Yeni dərman öncə hüceyrələrdə, sonra isə siçanların orqanizmində yoxlanılacaq"
Massaçusets Texnologiya İnstitutunun məzunu, hazırda adıçəkilən şirkətdə çalışan və xərçəng xəstəliyinin çarəsinin tapılmasına dair icra olunan proqramda bioloq-tədqiqatçı vəzifəsini tutan Yusuf Erkulla bu yeni kəşf barədə söhbətləşdik.
01.07.2013

Həbib Yüzbaşıyev: “Bütün yeniliklərin fövqündə insana yeni tibbi münasibət formalaşmalıdır”
Ölkədə istər neftçilərin, istərsə də əhalinin digər təbəqəsinin salamlığının qayğısina qalan tibb müəssisələri arasında Mərkəzi Neftçilər Xəstəxanasının özünəməxsus yeri var.
01.07.2013

Rasim Məmmədov: "Özümü azərbaycanlı həkimlərimizə etibar etməyimə peşman deyiləm"
Məlum olduğu kimi, 2008 ci ilin dekabr ayında Azərbaycanda ilk dəfə olaraq qaraciyər köçürmə əməliyyatı baş tutub. Mərkəzi Neftçilər Xəstəxanasında reallaşan əməliyyatdan uğurla çıxan və hazırda özünü yaxşı hiss edən Rasim Məmmədov ölkədə ilk dəfə keçirilən qaraciyər əməliyyatının səbəbkarı olaraq adını Azərbaycan səhiyyəsinin tarixinə yazıb.
01.07.2013

Əli Bağırov: "Mənəvi baxımdan saf olan həkimlərin sayı azalıb"
Müsahibimiz Ümumdünya Ürək-Damar və Torakal Cərrahlar Cəmiyyətinin regional nümayəndəsi, Avropa Kardiotorakal Cərrahlar Assosiasiyasının həqiqi üzvü, tibb elmləri doktoru Əli Bağırovdur.
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi