
Artıq spirtli içkilərin aludəçisi olan, bu səbəbdən ailəsində xoşagəlməz olaylar yaşayan insanlar üzləşdikləri alkoqol asılılığı problemindən canlarını qurtara bilərlər. Alimlər qanda spirtin səviyyəsini sıfıra endirən yeni qazlı su kəşf ediblər. Artıq içildiyi andan qandakı alkoqol səviyyəsini sıfıra endirən OUTOX qazlı suyu Fransa və Kanadada satışa çıxarılıb. Qazlı su meyvə dadında olur. Amma tibb mütəxəssislərinin OUTOX-la bağlı rəyi müsbət olmayıb. Onların sözlərinə görə, yetərli elmi araşdırma aparılmadan satışa çıxarılan suyun insan orqanizminə zərəri hələ tam müəyyənləşdirilməyib. Mütəxəssislər bildirirlər ki, alkoqolu sıfıra endirən bu qazlı su insanlara yardım göstərsə də, mənfi tərəfləri də mövcuddur. Belə ki, belə bir içkinin varlığı alkoqol istehlakını artıra bilər. Bu isə spirtli içkilərə qarşı mübarizə sahəsində dövlətlərin atdıqları addımları nəticəsiz qoya bilər.
