
Bu gün qadınların böyük qisminin qorxusuna səbəb olan döş xərçənginə dair maraqlı araşdırma aparılıb. İngiltərənin Oksford universitetinin alimləri tərəfindən aparılan təcrübələr zamanı məlum olub ki, döş xərçənginin yaranmasının genlərlə daha az bağlılığı var. Bu daha çox qadınların yaşam tərzi ilə əlaqəlidir. Təcrübədə döş xərçənginə tutulan 7160 qadın, həmçinin xəstəliyə qalib gəlməyi bacaran daha 10.196 qadın qatılıb. Araşdırmalar zamanı məlum olub ki, qadınların alkoqollu içkilər qəbul etməsi, gec hamilə qalma və ya heç qalmaması, hormonların pozulması kimi hallar bu xəstəliyə tutulma risqini artırır. Qadınlara məsləhət görülüb ki, onlar bu xəstəliyə tutulma risqini yalnız həyat tərzlərini dəyişməklə nail ola bilərlər. Zərərli şeylərdən mümkün qədər uzaq durmalıdırlar.
